“Neftçi” onunla müqaviləni pozdu
19.12.2022 - 18:07
“Neftçi” onunla müqaviləni pozdu

“Neftçi” müdafiəçisi Mamadu Mbodjla vidalaşıb. 

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, 29 yaşlı seneqallı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mbodj 5 mövsüm ərzində 94 rəsmi oyunda meydana çıxıb, 9 qola imza atıb, 2021-ci ildə Azərbaycan çempionu olub.
 

writer photo
Əlirza Əlirzalı
0