“Neftçi” “Spartak”a uduzdu
18.07.2023 - 22:59
“Neftçi” “Spartak”a uduzdu

“Neftçi” Moskva “Spartak”ı ilə yoxlama matçında qüvvəsini sınayıb.

Apasport.az-ın məlumatına görə, “ağ-qaralar” 0:2 hesabı ilə uduzublar.

“Neftçilər” yeni baş məşqçi Adrian Mutunun rəhbərliyi ilə ilk matçını keçiriblər. Oyunda vurulan hər iki qol birinci hissəyə təsadüf edib. Fasiləyə yaxın Meleşin və Promes fərqləniblər. İkinci 45 dəqiqədə komanda çox çalışsa da, buraxılan qolların əvəzini çıxmaq mümkün olmayıb.

Qeyd edək ki, “Neftçi” Rusiyadakı təlim-məşq toplanışı çərçivəsində “Matç TV” kubokunda iştirak edib.
 
Yoldaşlıq oyunu
18 iyul
“Neftçi” – “Spartak” (Moskva) – 0:2
Qollar:
Meleşin, 34. Promes, 37.
 

writer photo
Əlirza Əlirzalı
0