Yeni mövsüm üçün heyətini gücləndirmək istəyən "Sabah" Azərbaycan milli komandasının iki üzvünü heyətinə qatmaqda israrlıdır.
Apasport.az saytına verilən məlumata görə, Ramil Şeydayev və Azər Əliyev "Sabah"ın əsas transfer hədəfləridir. "Kocaelispor"dan ayrılmaqda israrlı olan Şeydayev Azərbaycandan gələn təklifləri dəyərləndirmək istəyir.
Ona "Sabah"la yanaşı "Neftçi" də maraq göstərir. Ölkəmizi avrokuboklarda təmsil edəcək "Sabah"ın istədiyi digər oyunçu isə "Neftçi"də çıxış edən Azər Əliyevdir. "Neftçi"də gözləntiləri qarşılamayan Əliyevlə yolların ayrılacağı gözlənilir. "Sabah" isə onu heyətinə qatmağı planlaşdırır.