"Neftçi" yetirməsini icarəyə göndərib
09.08.2024 - 14:31
"Neftçi" yetirməsini icarəyə göndərib

"Neftçi" yetirməsi ilə müqavilənin müddətini artırıb.

Apasport.az xəbər verir ki, İsmayıl Zülfüqarlı 2026-cı ilə qədər "ağ-qaraların" şərəfini qoruyacaq.

Razılaşmanın ardından gənc futbolçu "Turan Tovuz" klubuna icarəyə göndərilib.

Futbolçu bu mövsümün sonuna qədər Qərb təmsilçisinin formasını geyinəcək.

writer photo
Əlirza Əlirzalı
0