“Neftçi” – “Zirə” oyununa MƏRC
26.08.2022 - 13:33
“Neftçi” – “Zirə” oyununa MƏRC

Bu gün Misli Premyer Liqasında ötən mövsümün mükafatçıları üz-üzə gələcək.

Apasport.az saytının məlumatına görə, “Neftçi” və “Zirə” arasında IV turun qarşılaşması həm proqnozsevərlərin, həm də ekspertlərin diqqət mərkəzindədir.

Rusiyalı mütəxəssis Dmitri Jdanyuk da bu görüş üçün proqnoz verib. O, mərc üçün ən optimal variantları müəyyənləşdirib:

“Neftçi” ötən tur mövsümdəki ilk məğlubiyyətini alıb. Bugünkü matçın meydan sahibi “Sabah”a 1:2 hesabı ilə uduzub.

“Zirə” isə “Sumqayıt”ı məğlub edə bilməyib – 0:0. Bu, qonaqlar üçün ardıcıl ikinci qələbəsiz oyun olub.

“Neftçi” bu rəqiblə bütün turnirlərdəki son dörd qarşılaşmada qələbə qazanmayıb. “Zirə” bir dəfə 1:0 hesabı ilə qalib gəlibsə, üç dəfə sülh olub – ikisi 0:0, biri 1:1. “Neftçi” uğursuz seriyanı qıra biləcəkmi?

Ötən mövsüm və cari çempionatın startını nəzərə alsaq, “Neftçi” hər matçda orta hesabla 1,58 qol vurub. “Ağ-qaralar”ın bu dəfə də 1,5-dən çox qol vuracağına mərc etmək olar.

“Neftçi”də 1,58-ə bərabər olan bu göstərici “Zirə”də 1,16-dır. İki komandanın birlikdə ən azı 2 dəfə fərqlənməsi variantı da cəlbedicidir.

Proqnozum: 1-ci komanda 1,5 Üst və ya 2 Üst
 

writer photo
Əlirza Əlirzalı
0