“Mən oyuna hazıram. Məşqlərdə iştirak etmişəm. Sabah əlimdən gələni edəcəyəm ki, komandaya kömək edim".
Apasport.az-ın xəbərinə görə, bu sözləri "Qarabağ"ın Avropa Konfrans Liqasının pley-off mərhələsində rəqibi olan Belçikanın "Xent" klubunun futbolçusu Endryu Yuseya deyib.
28 yaşlı danimarkalı hücumameyilli yarımmüdafiəçi Belçika ilə Azərbaycan arasındakı 3 saatlıq fərqin onların oyununa təsir etməyəciyini bildirib: "Rəqibimiz yaxşı komandadır. Evdə də, səfərdə də yaxşı oyun göstərirlər. Düzdür, çox oyunçularını tanımırıq. Amma başqa səviyyədə oynamalıyıq ki, yaxşı nəticə olsun. Bunu da edəcəyik.
Ot örtüyü? Yox, tanış olmamışam. Məşqə çıxanda tanış olacağam. Səhər Belçikadan çıxmışıq, axşam məşq edəcəyik. İnanmıram ki, saat fərqinin və uçuşun oyunumuza təsiri olsun”.
Qeyd edək ki, sözügedən matç sabah saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.