“Neftçi”nin hücumçusunun mətbuat konfransı keçiriləcək
05.12.2023 - 17:00
“Neftçi”nin hücumçusunun mətbuat konfransı keçiriləcək

“Neftçi”nin futbolçusu Lukas Melanonun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. 

Bakı klubunun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, tədbir dekabrın 6-da baş tutacaq.

“Neftçi Arena”da keçiriləcək konfrans saat 12:00-da başlayacaq. Argentinalı hücumçu media nümayəndələrinin suallarını cavablandıracaq.

Qeyd edək ki, bu ilin sentyabrında transfer olunmuş Melano bunadək Argentinanın “Belqrano” (2011-2013, 2017), “Lanus” (2013-2015), “Estudiantes” (2017-2018), “Atletiko Tukuman” (2019-2021), “San-Lorenso de Almaqro” (2021), “Sentral Kordoba” (2021), “Nyuells Old Boyz” (2022) və “Atletiko Sarmiento” (2023), həmçinin ABŞ-nin “Portlend Timbers” (2015-2019) və Çilinin “Universidad Katolika” (2022) klublarında çıxış edib. O, 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0