“Neftçi”nin istədiyi futbolçu klubundan ayrıldı
19.01.2023 - 16:39
“Neftçi”nin istədiyi futbolçu klubundan ayrıldı

“Neftçi”nin transfer siyahısında yer alan fransalı futbolçu Kilan Lebon azad agent statusu alıb.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi ötən ilin ikinci yarısında şərəfini qoruduğu “Astana” ilə yollarını ayırıb.

2022-ci ilin avqustunda Qazaxıstan təmsilçisinə keçən və bu klubda çempionluq yaşayan Lebon 13 oyunda 2 qol və 1 assistə imza atıb. Klubsuz qalan fransalının “Neftçi” ilə müqavilə imzalayacağı gözlənilir. Tərəflər yaxın günlərdə münasibətlərini rəsmiləşdirməlidir.

Qeyd edək ki, “Amyen”in yetirməsi olan Kilan karyerası ərzində “Şambli”, “Utrext”, “Ayaçço”, “Kreteyl”, “Beroe”də oynayıb.

writer photo
Əlirza Əlirzalı
0