Misli Premyer Liqasının XV turunun “Səbail”lə oyunu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.
Apasport.az saytı xəbər verir ki, 3:1 hesablı qələbəyə sevinən "ağ-qaralar"ın kapitanı bu görüşdə 3 qol vurmaqla ikiqat yubiley yaşayıb.
Karyerasında ilk dəfə het-trik edən 30 yaşlı yarımmüdafiəçi “Neftçi”nin heyətində Premyer Liqada 30-cu qolunu vurub. O, 132-ci matçında buna nail olub.
Bununla, Mahmudov “Neftçi”də ümumilikdə 40-ci qoluna imza atıb. O, ölkə kubokunda 2, avrokuboklarda 8 dəfə fərqlənib. Mahmudov 165-cı görüşündə 40-cı dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, yarımmüdafiəçi ilk qolunu 2017-ci il noyabrın 19-da “Qəbələ” ilə evdəki çempionat oyununda (2:3) vurub.