“Neftçi”nin oyununda üç ADAŞ
20.07.2023 - 12:14
“Neftçi”nin oyununda üç ADAŞ

"Neftçi"nin 2023/24 mövsümündəki ilk oyununun hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının II təsnifat mərhələsində avqustun 3-də Bakıda keçiriləcək cavab matçını Macarıstan təmsilçiləri idarə edəcək.

“Bakcell Arena”dakı görüşün baş hakimi Balaj Berke olacaq. FIFA referisinə adaşları - Balaj Buzaş və Balaj Sert kömək edəcək. Dördüncü hakim funksiyasını Bentse Çonka yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi"nin rəqibi bu gün müəyyənləşəcək. Bakı klubu "Jelezniçar" (Bosniya və Herseqovina) – "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə görüşəcək.

writer photo
Əlirza Əlirzalı
0