“Neftçi”nin oyununun yeri dəyişdirildi
21.09.2023 - 14:06
“Neftçi”nin oyununun yeri dəyişdirildi

Misli Premyer Liqasının 7-ci turu çərçivəsində keçirilməli olan “Neftçi” – “Zirə” oyununun yeri dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, buna “ağ-qaralar”ın PFL-ə müraciəti səbəb olub. 

Nəticədə bir müddət öncə renovasiya işlərinə start verən “Neftçi Arena”nın son durumu PFL tərəfindən  araşdırılıb. Məlum olub ki, stadionun ot örtüyü hazırda oyunları qəbul etməyə tam hazır deyil. 

Mövsümdən öncə qəbul olunmuş digər stadionların hazırkı cədvəli və ümumi durumu uyğun olmadığı üçün “Zirə”nin razılıq məktubunu əsas götürən PFL “Neftçi” və “Zirə” klubları arasında keçiriləcək 1-ci və 2-ci dövrə görüşlərinin  yerini dəyişdirib.

Sentyabrın 23-də baş tutacaq “Zirə” - “Neftçi” oyunu Zirə İdman Kompleksində təşkil olunacaq. Oyun saat 20:30-da start götürəcək.

Qeyd edək ki, bu qərar əvəzedici komandalara aid edilmir.
 

writer photo
Əlirza Əlirzalı
0