"Neftçi"nin özünəməxsus stadionunun olması planlarımıza daxildir"
21.08.2024 - 13:08
"Neftçi"nin özünəməxsus stadionunun olması planlarımıza daxildir"

"Əlbəttə ki, "Neftçi"yə özünəməxsus stadion lazımdır".

Apasport.az xəbər verir ki, bunu jurnalistlərlə təşkil olunan mətbuat konfransı zamanı klubun media üzrə koordinatoru Rüstəm Əfsərli deyib.

"Amma reallıqlar var. Desək ki, 1-2 ildən sonra müasir, əla stadionumuz olacaq, doğru olmaz. Amma qlobal planlarda bu da var. Yəni, "Neftçi"nin özünəməxsus stadionun olması. Bunlar zaman alan, texniki proseslərdir. Klubda çalışan insanlar da bunu istəyir. Hamımız istəyirik ki, klubun adına, tarixinə yaraşan stadion inşa edək. Ümid edək ki, yaxın vaxtlarda bu baş verəcək".

writer photo
Əlirza Əlirzalı
0