Neymardan 4,5 milyonluq hədiyyə
25.10.2023 - 18:38
Neymardan 4,5 milyonluq hədiyyə

Braziliya millisinin və “Əl-Hilal”ın futbolçusu Neymar qeyri-adi hədiyyəsi ilə diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, 31 yaşlı hücumçu sevgilisi Bruna Biankardiyə ad gününə hədiyyə alıb.

O, bunun üçün səmadan ulduz seçib.  Forvard hədiyyə üçün 4,5 milyon avro xərcləyib. Ölkəsi Braziliyanın tanınmış modellərindən olan Bruna futbolçunun bu sürprizinə çox sevindiyini gizlətməyib.

Qeyd edək ki, ilk evliliyindən bir oğlu olan Neymarın sevgilisi Biankardidən bir qız övladı var.
 

writer photo
Əlirza Əlirzalı
0