"Nürnberq"in baş məşqçisi: “Mahir o qədər də yaxşı oynamadı"
05.11.2024 - 12:29
"Nürnberq"in baş məşqçisi: “Mahir o qədər də yaxşı oynamadı"

"Nürnberq"in baş məşqçisi Miroslav Kloze komandanın azərbaycanlı hücumçusu Mahir Emrelinin Almaniya II Bundesliqasının 11-ci turunun "Hamburq"la oyununda (1:1) çıxışını dəyərləndirib.

Apasport.az xəbər verir ki, “Bild”ə açıqlama verən almaniyalı mütəxəssis bunları deyib:

“Mahir o qədər də yaxşı oynamadı. O, topu kifayət qədər yaxşı idarə etmirdi və kifayət qədər çevik deyildi. Hücum duetimiz daha da yaxşılaşa bilər. Tsimas və Emrelinin inkişafı hələ tamamlanmayıb”.

Qeyd edək ki, Emreli bütün turnirlərdə "Nürnberq"in heyətində 7 oyuna çıxıb, 4 qol vurub. 

writer photo
Əlirza Əlirzalı
0