PSJ-ə ağır cəza gəlir– söyüşlü qələbə sevinci
28.09.2023 - 10:48
PSJ-ə ağır cəza gəlir– söyüşlü qələbə sevinci

Fransada Liqa 1-in İntizam Komitəsi PSJ futbolçularının intizamsız hərəkətlərindən şübhələnir.

Apaport.az saytı xəbər verir ki, qurum Paris klubunun 4 futbolçusunu oktyabrın 5-də keçiriləcək iclasına çağırıb.

Söhbət Usmane Dembele, Əşrəf Hakimi, Randal Kolo Muani və Layven Kurzavadan gedir. Bu futbolçuların Fransa çempionatının VI turunun “Marsel”lə oyunundan (4:0) sonra azarkeşlərlə qələbəni qeyd edərkən təhqiramiz ifadələr səsləndirdikləri iddia olunur. 

Qeyd edək ki, ittihamlar sübuta yetirilərsə futbolçuları və klubu ağır cəzalar gözləyir.

writer photo
Əlirza Əlirzalı
0