Uğurlu gənc məşqçilərin siyahısı açıqlanıb.
Apasport.az xəbər verir ki, ən yaxşılar “People” jurnalının oxucular arasında keçirdiyi sorğu ilə müəyyənləşib.
142 milyon abunəsi olan dünyaca məşhur nəşrin sorğusu ən uğurlu gənc mütəxəssisi üzə çıxarıb. “Qalatasaray”ın “sükanı arxası”nda olan Okan Buruk da ən yaxşılar sırasında yer alıb.
Ötən mövsüm komandanı çempion edən, yeni mövsümdə isə “sarı-qırmızılar”ın Çempionlar Liqasında və Super Liqada uğurlu çıxışına töhfə verən 50 yaşlı məşqçinin əməyi oxucular tərəfindən yüksək qiymətləndirilib.
Qeyd edək ki, siyahıda yer alan məşqçilər sırasında Simone İnzaqi “”İnter”), Xabi Alonso (“Bayer”) və Lmanol Alguacil (“Real Sosyedad”) kimi tanınmışlar da var.