“Olimpiakos” Bakıya gənclərlə gəlir
11.10.2022 - 17:00
“Olimpiakos” Bakıya gənclərlə gəlir

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Olimpiakos” səfərə bəzi itkilərlə yollanacaq.

Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Pirey təmsilçisi boşluğu gənc oyunçularla dolduracaq.

Baş məşqçi Miçel, xüsusən də, müdafiənin mərkəzindəki itkiləri gənclərlə sığortalamağı üstün tutub. İspaniyalı mütəxəssis 19 yaşlı Konstantinos Krisopulos və 18 yaşlı Aleksios Kaloqeropulosu Bakıya gətirmək qərarına gəlib. Hər iki futbolçu UEFA-ya göndərilən iştirak ərizəsinin B siyahısında yer alıb.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0