"Bavariya” Çempionlar Liqasında PSJ-dən daha güclü rəqiblə qarşılaşacaq"
Apasport.az saytı xəbər verir ki, bu sözləri "Bavariya"nın İdarə Heyətinin sədri Oliver Kan Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə matçlar haqda danışarkən deyib.
53 yaşlı klub funksioneri “şəhərlilər”in Paris klubundan daha güclü rəqib olduğuna diqqəti çəkərək, hansı tərəfin qalib olacağını deməyin çətin olduğunu bildirib: “Çempionlar Liqasını qazanmalıyıq, deyə bilmərik. Təbii ki, qalib gəlmək istəyirik, amma bu, planlaşdırılan bir şey deyil. İndi məncə, PSJ-dən də güclü olan rəqiblə qarşılaşacağıq. Mançester təmsilçisi bunu Halandın belə oynamadığı “Liverpul” ilə matçda da göstərdi".
Qeyd edək ki, "Bavariya" - "Mançester Siti" matçlarından birincisi aprelin 11-də Mançesterdə, cavab oyunu isə 19-da Münhendə keçiriləcək.