Olimpiya mükafatçısı öldü
07.04.2023 - 22:52
Olimpiya mükafatçısı öldü

SSRİ yığmasının heyətində 1976-cı il Olimpiya Oyunlarının gümüş mükafatçısı, voleybolçu Larisa Berqen 74 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə Ümumrusiya Voleybol Federasiyasının (VVF) mətbuat xidməti məlumat yayıb.

"Ümumrusiya Voleybol Federasiyası Larisa Abramovna Berqenin vəfat etdiyini təəssüflə bildirir. Larisa Abramovnanın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - mesajda deyilir.

Qeyd edək ki, Larisa Berqen setter kimi çıxış edib. SSRİ milli komandasının tərkibində ikiqat Avropa çempionu (1971, 1975) və 1973-cü il Dünya Kubokunun qalibi oldu. Voleybolçu Alma-Ata və Moskvanın "Dinamo"sunun ADK komandasında çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0