“Omoniya”nın baş məşqçisi: “Səhvlərdən qaçmalıyıq”
26.07.2023 - 20:21
“Omoniya”nın baş məşqçisi: “Səhvlərdən qaçmalıyıq”

“Qəbələ” hücum və müdafiə baxımından yaxşı təsir bağışlayır. Biz sabah öz oyunumuza sadiq qalmağa çalışacağıq”.

Apasport.az-ın məlumatına görə, bunu “Omoniya”nın baş məşqçisi Sofranis Avqusti bildirib.

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin qonağı olacaq “Omoniya”ya rəhbərlik edən 46 yaşlı mütəxəssis Azərbaycandan sərfəli nəticə ilə dönmək istədiklərini vurğlayıb. O, heç-heçə barədə düşünmədiklərini qeyd edib: “Rəqib komandanın heyətində dəyişikliklər olduğunu bilirik. Burada sərfəli nəticə qazanmaq arzusundayıq. Düzdür, heç-heçə barədə düşünmürük. Uğur qazanmaq üçün səhvlərdən qaçmalıyıq”.

Avqusti ilk oyununun səfərdə keçirilməsi onlara nisbi üstünlük qazandırdığını etiraf edib: “Hazırda komanda tam formada deyil. İlk görüşün səfərdə olmasının həm mənfi, həm müsbət tərəfləri var. Məncə, hər şey ilk görüşdə qazanılan nəticədən daha çox asılıdır”.

Qeyd edək ki, “Qəbələ” – “Omoniya” arasındakı ilk oyun sabah 20:00-da start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0