Orxan Səfərov İsraildə gümüş medalla kifayətləndi
16.02.2023 - 21:08
Orxan Səfərov İsraildə gümüş medalla kifayətləndi

İsrailin paytaxtı Təl Əvivdə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində Avropa çempionu Orxan Səfərov gümüş medalla kifayətlənib.

Apasport.az xəbər verir ki, təcrübəli idmançımız finaladək Argentina, İspaniya, Bolqarıstan və Gürcüstandan olan rəqiblərini məğlub edib.

O, finalda Gürcüstanın digər təmsilçisi, olimpiya və dünya mükafatçısı, Avropa çempionu Vaja Marqvelaşviliyə uduzaraq 2-ci yerlə kifayətlənib.

writer photo
Əlirza Əlirzalı
0