Paris-2024: Günün proqramı
06.08.2024 - 09:34
Paris-2024: Günün proqramı

Paris Yay Olimpiya oyunlarında yarışlar davam edir.

Apasport.az xəbər verir ki, 4 təmsilçimiz bu gün 2 növ üzrə yarışacaqlar. 

Qadın güləşçilərdən Azərbaycanın Olimpiadadakı yeganə təmsilçisi Mariya Stadnik mübarizəyə qoşulacaq. Həmçinin yunan-Roma güləşi üzrə Sənan Süleymanov 1/8 finalda yarrışa başlayacaq. Sabah Şəriəti isə bürünc medal uğrunda görüşdə mübarizə aparacaq. 

Azərbaycan çəkicatanı Anna Skidan isə finalda rəqiblərini üstələməyə çalışacaq. 

13:00. Qadın güləşi (50 kq) 1/8 final, B xalçası 9-cu görüş

Mariya Stadnik - Anastasiya Blayvas (Almaniya)

13:00. Yunan-Roma güləşi (77 kq) 1/8 final

Sənan Süleymanov - Ayk Mnatsakanyan (Bolqarıstan)

20:15. Yunan-Roma güləşi (130 kq), Bürünc medal uğrunda matç

Sabah Şəriəti - Sın Çan Li (Koreya) / Amin Mirzəzadə (İran)

21:57. Atletika (qadınlar, çəkicatma), Final mərhələsi

Anna Skidan

 

 

writer photo
Əlirza Əlirzalı
0