Bu gün Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, mərasimdə Azərbaycan millisinin bayraqdarları parataekvondoçumuz İmaməddin Xəlilov və paratletimiz Lamiyə Vəliyeva olub.
Ölkəmiz yarışlarda 7 növdə 19 idmançı ilə təmsil olunacaq.
Bunlar parataekvondoçular Röyalə Fətəliyeva (52 kq), Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq), paraüzgüçülər Könül Süleymanova, Raman Saley, Vəli İsrafilov, paracüdoçular Dürsədəf Kərimova (+70 kq), Xatirə İsmiyeva (+70 kq), İlham Zəkiyev (+90 kq), paraatletlər Rüfət Rəfiyev, Oloxan Musayev (hər ikisi nüvə itələmə), Səid Nəcəfzadə, Orxan Aslanov (hər ikisi uzunluğa tullanma), Lamiyə Vəliyeva (100 və 400 metr məsafəyə qaçış), paraatıcılar Kamran Zeynalov, Aybəniz Babayeva, parakamandan oxatmada mübarizə aparan Cahan Musayev və parapauerliftinqçi Ceyhun Mahmudovdur (54 kq).
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də yekunlaşacaq.