Portuqaliyalı futbolçu rəsmən "Neftçi"də
12.08.2024 - 22:11
Portuqaliyalı futbolçu rəsmən "Neftçi"də

“Neftçi” heyətini gücləndirməyə davam edir.

Apasport.az xəbər verir ki, "ağ-qaralar" portuqaliyalı Rafael Quzzo ilə razılaşıb.

29 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.

Qeyd edək ki, yeni transfer "Neftçi"də 6 nömrəli futbolkanı geyinəcək.

writer photo
Əlirza Əlirzalı
0