“Liverpul” hücumçusunu itirdi
11.10.2022 - 10:17
“Liverpul” hücumçusunu itirdi

“Liverpul” ciddi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu Luis Dias sıradan çıxıb.

Kolumbiya millisinin forvardı Premyer Liqanın X turunda “Arsenal”a 2:3 hesabı ilə məğlub olduqları matçın birinci hissəsində dizindən zədələnərək əvəzlənib. Həkim müayinəsindən sonra 25 yaşlı oyunçunun dekabra qədər yaşıl meydanlardan kənar qalacağı müəyyənləşib.

Qeyd edək ki, “Liverpul” 10 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0