Bu gün İngiltərə Premyer Liqasında ilk turun növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, birinci turun ikinci oyun günündə 6 matç baş tutub.
Günün ilk qarşılaşmasında liqaya yeni yüksələn "İpsviç" "Liverpul"u qəbul edib. Qonaqlar D. Jota və M. Salahın qolları ilə sensasiyaya imkan verməyib - 0:2.
"Arsenal" evdə "Vulverhempton"u qonaq edib. "Topçular" K. Havertz və B. Sakanın qolları ilə 2:0 hesablı qələbə qazanıb.
"Everton"un qonağı olan "Brayton" 3 xalı 3 qolla qazanıb. K. Mitoma, D. Velbek və S. Adinqra fərqləniblər. Meydan sahiblərinin heyətində isə E. Yanq qırmızı vərəqə ilə cəzalandırılıb.
"Nyukasl" F. Şerin qırmızı vərəqə alması ilə 1 nəfər azlıqda qalmasına baxmayaraq, qələbə qazanmağı bacarıb. "Sağsağanlar"ın yeganə qolunu görüşün 45-ci dəqiqəsində Joelinton vurub.
"Nottingem Forest" - "Bornmut" oyununun isə qalibi müəyyənləşməyib. 23-cü dəqiqədə K. Vud meydan sahiblərini önə keçirsə də, 86-cı dəqiqədə A. Semenyo komandasına 1 xal qazandırmağı bacarıb.
"Vest Hem" evdə "Aston Villa" ilə bacarmayıb. Meydan sahiblərinin heyətində L. Paketə penaltidən fərqlənib. Qonaqların heyətində isə A. Onana və C. Duran rəqib qapının torunu havalandırıblar - 1:2.
Qeyd edək ki, sabah ilk turun daha iki matçı keçiriləcək. "Brendford" "Kristal Pelas"ı, "Çelsi" isə "Mançester Siti"ni qəbul edəcək.