Premyer Liqa klubunda yeni qapıçı
18.07.2023 - 11:36
Premyer Liqa klubunda yeni qapıçı

“Araz-Naxçıvan” heyətinə yeni qapıçı qatıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi bosniya və herseqovinalı Semir Bukviçlə anlaşıb.

Bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən qolkiper yeni mövsümdə Muxtar Respublika təmsilçisinin qapısını qoruyacaq. 32 yaşlı futbolçunun sonuncu klubu vətənində “Sloboda” (Tuzla) olub. Əsasən Bosniya və Herseqovina klublarında çıxış edən Bukviç Polşada legioner həyatı yaşayıb.  

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər legionerlərdən portuqaliyalı Nuno Miguel və braziliyalı Vandersonla 1 illik müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0