Misli Premyer Liqasında mövsümün ilk baş məşqçi istefası gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, çempionatın autsayderi “Kəpəz” baş məşqçisi Yaşar Vahabzadə ilə yollarını ayırıb.
Bunu Gəncə təmsilçisinin mətbuat xidməti açıqlayıb. Klub rəhbərliyi əsas komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə görüşüb.
Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilər ilə müqaviləyə xitam verilib.
Qeyd edək ki, “Kəpəz” mövsümün ilk dörd turunda məğlub olub. Xal qazanmayan komanda 4 qol vurub və 14-nü buraxıb.