Premyer Liqamızın “DOVŞANLARI”
31.12.2022 - 10:05
Premyer Liqamızın “DOVŞANLARI”

Son saatlarını yaşayan 2022-ci il yerini Şərq təqvimində qara dovşanı (həm də pişik) tərənnüm edən 2023-cü ilə təhvil verəcək. 

Apasport.az saytının məlumatına görə, Misli Premyer Liqasının ilk yarısında dovşan ilində anadan olan 23 futbolçu meydana çıxıb.

Onlar arasında ən yaşlısı Vojislav Stankoviçdir. “Böyük dovşan” qarşıdakı ildə 36 yaşını qeyd edəcək. Digər 22 belə oyunçu isə 24 yaşını tamamlayacaq.

10 klubdan səkkizində “dovşan” meydana çıxıb. Yalnız “Sabah”la “Zirə” istisna təşkil edir.

Qərb klublarında isə belə oyunçular daha çoxdur. “Kəpəz” 5, “Turan Tovuz” 4 futbolçuya güvənib.

“Kəpəz” – 5
Ruslan Süleymanov
Kamran Ibrahimov
Elçin Əlicanov
Fərid Nəbiyev
Mixeil Erqemlidze

“Turan Tovuz” - 4
Abbas Ağazadə
Faiq Hacıyev
Ben Aziz Dao
Ayxan Quseynov

“Sumqayıt” - 3
Todor Todoroski
İbrahim Əliyev
Süleyman Əhmədov

“Şamaxı” – 3
Bahadur Həziyev
Rövşən Şahmuradov
Rəhman Daşdəmirov

“Səbail” – 3
Maksim Çex
Hüseynəli Quliyev
Rafael Məhərrəmli

“Qarabağ” – 2
Luka Quqeşaşvili
Leandro Andrade

“Qəbələ” - 2
Omar Hani
Andrey Strijak

“Neftçi” - 1
Vojislav Stankoviç

writer photo
Əlirza Əlirzalı
0