Hummelsin yeni ünvanı La Liqa ola bilər
22.08.2024 - 11:07
Hummelsin yeni ünvanı La Liqa ola bilər

"Borussiya Dortmund" ilə yollarını ayırdıqdan sonra "Beşiktaş"ın da gündəminə gələn Mats Hummelsin yeni ünvanı müəyyənləşmək üzrədir.

Apasport.az xəbər verir ki, La Liqada mübarizə aparan "Malyorka" 35 yaşlı müdafiəçini heyətinə qatmağa yaxındır.

Alman müdafiəçi qərarını bir neçə günə verəcək. Onun xidmətində maraqlı olan klublar sırasında "Brayton" da var. 

Qeyd edək ki, "Borussiya" karyerası ərzində 508 rəsmi matçda forma geyinən Mats Hummels 38 qol, 23 qol ötürməsi ilə yadda qalıb. 

writer photo
Əlirza Əlirzalı
0