"Barselona" "Bavariya"nın futbolçusunu istəyir
10.03.2024 - 12:45
"Barselona" "Bavariya"nın futbolçusunu istəyir

"Barselona" "Bavariya"nın hücumçusu Erik-Maksim Çupo-Motinqlə maraqlanır.

Apasport.az xəbər verir ki, kataloniyalılar futbolçunu azad agent kimi almaq niyyətindədir. 34 yaşlı kamerunlu futbolçunun "Bavariya" ilə müqaviləsi bu yay başa çatır.

Çupo-Motinqlə Premyer Liqa, A Seriya və Səudiyyə Ərəbistanı komandaları da maraqlanır.

Bu mövsüm kamerunlu 27 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0