De Yonqun “Barselona” israrı
01.11.2022 - 23:18
De Yonqun “Barselona” israrı

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq mövsümün sonunda komandasını dəyişmək fikrində deyil.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin üzvü Kataloniya klubundakı durumundan razıdır.

“Barselona”nın Çempionlar Liqasında uğursuz çıxışı da 25 yaşlı orta sahə oyunçusunun qərarını dəyişmir. De Yonq “Çelsi” və “Mançester Yunayted”in maraq dairəsində olsa da, istənilən təklfi rədd edəcək.

Qeyd edək ki, 2019-cu ildən “Barselona”da çıxış edən Frenki de Yonq qış fasiləsində “Mançester Yunayted”dən təklif alsa da, bunu qəbul etməyib. Onun İspaniya klubu ilə sözləşməsi 2026-cı ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0