"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli olub
16.05.2024 - 14:24
"Qalatasaray" - "Fənərbaxça" derbisinin hakimi bəlli olub

Türkiyə Superliqasının 37-ci turunda çempionun adına aydınlıq gələ bilər.

Mayın 19-u saat 20:00-da lider "Qalatasaray" doğma meydanda "Fənərbaxça"nı qəbul edəcək.

Apasport.az xəbər verir ki, görüşü idarə edəcək baş hakimin kimliyi bəlli olub.

Derbi matçında əsas söz sahibi Arda Kardeşler olacaq.

Meydana ən yaxın izləyicisi "Fənərbaxça"dan 6 xal irəlidə çıxacaq "sarı-qırmızılılar"a çempionluq üçün bu görüşdə 1 xal da kifayət edəcək.

Çempionluq şansı möcüzələrə qalan "sarı-lacivərdlilər" isə xoşbəxt sonluq üçün mütləq bu görüşü qalib başa vurmalı, son turda isə rəqibinin səhv etməsini gözləməlidir.

Qeyd edək ki, bu mövsümün ilk yarısında "Fənərbaxça" - “Qalatasaray” qarşılaşmasını da Arda Kardeşler idarə etmişdi. Həmin oyun 0:0 başa çatmışdı.

writer photo
Əlirza Əlirzalı
0