"Qalatasaray"dan 9 milyon avroluq təklif
21.08.2024 - 00:04
"Qalatasaray"dan 9 milyon avroluq təklif

"Qalatasaray" transfer çalışmalarını davam etdirir. 

Apasport.az xəbər verir ki, "qırmızı-sarılar" "Monako" formasını geyinən İsmail Yakobsun transferində iddialıdır.

25 yaşlı sol cinah müdafiəçisi üçün rəsmi təklif də göndərilib. Təklif paketində futbolçunun 1 milyon avroya icarəyə götürülməsi, 9 milyon avroya transferi nəzərdə tutulub. Paketdə 2 milyon avro dəyərində bonuslar da var. 

Qeyd edək ki, seneqallı futbolçu ötən mövsüm fransızların heyətində 23 matça çıxıb, 1 qol və 2 məhsuldar ötürməyə imza atıb. 

writer photo
Əlirza Əlirzalı
0