“Hər kəsi təbrik edirəm. Ötən ilkindən sonra üzərimizdə məsuliyyət var idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.
Yarımmüdafiəçi Premyer Liqanın mükafatlandırma mərasimindən öncə fikirlərini “CBC Sport”a açıqlayıb: “Çempionluğu qaytarmaq istəyirdik. Bu dəfəki heyət daha təkmilləşmişdir. Ağır mövsüm keçirdik. Hər çempionluqdan sonra daha ağır məsuliyyət olur. Həm titulu qorumaq, həm Avropada layiqli oynamaq. Biz təcrübəli komandayıq. İnanıram ki, bunun öhdəsindən gələcəyik. Belə möhtəşəm yarışın sonuna çatdıq. Öz çıxışımı orta hesab edirəm. Əsas sabitlikdir. Özümdən heç vaxt razı olmayacağam”.