"Qarabağ" 4 qol buraxdı, yarımfinala yüksəldi - YENİLƏNİB
08.02.2024 - 21:59
"Qarabağ" 4 qol buraxdı, yarımfinala yüksəldi - YENİLƏNİB

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" "Sabah"ı qəbul edib. 

Apasport.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutub. 

7 qolun vurulduğu matçda "bayquşlar" qələbə qazanıb: 4:3

Buna baxmayaraq, ilk oyunda məsələni böyük ölçüdə həll edən "Qarabağ" adını yarımfinala yazdırıb. 

Qeyd edək ki, ilk oyunda "köhlən atlılar" 7:1 hesablı qələbə qazanıblar. 

Azərbaycan Kuboku
1/4 final, cavab oyunları

8 fevral

20:00. "Qarabağ" - "Sabah" 3:4

İlk oyun - 7:1.

Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu
 

"Qarabağ": 99. Andrey Lunyov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 7. Yassin Benzia, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 71. Qurban Məhərrəmov, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
"Sabah": 1. Yusif İmanov, 4. Elvin Camalov (k), 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 7. Boyan Letiç, 28. Kahim Parris, 12. Vinsent Til, 27. Jarl Marqarita
Ehtiyat oyunçular: 75. Emil Həbibov, 76. Süleyman Həsənov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 6. Abdulax Xaybulayev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 25. Hüseyn Məmmədzadə, 53. Fəxri Məmmədli, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Məşqçi: Ruslan Qafitullin

writer photo
Əlirza Əlirzalı
0