Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.
Apasport.az saytının məlumatına görə, siyahıda “Köhnə qitə”nin 415 ən güclü klubu yer alıb.
Azərbaycanın sıralamadakı komandalarının sayı artıb. Artıq ölkəmizin 4 klubu cədvələ düşüb.
Yalnız “Qarabağ” “Top-100”də qərarlaşıb. Azərbaycan çempionu 192 xalla qitənin 74-cüsüdür. Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə 7 pillə irəliləyib.
37 xala malik “Neftçi” 10 pillə geriləyib. Bakılılar Avropada 228-cidir.
Avrokuboklarda debüt edəcək “Sabah” 20 xalla 255-ci sırada qərarlaşıb. “Qəbələ” 5 xalla 357-cidir. Azərbaycan kubokunun qalibi 6 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya 2147 xala malik “Real” başçılıq edir.