"Qarabağ" Anton Krivotsyuk transferində israrlıdır
24.01.2024 - 00:26
"Qarabağ" Anton Krivotsyuk transferində israrlıdır

“Qarabağ”ın Azərbaycan millisinin və Cənubi Koreyanın “Tecon Xana Sitizen” klubunun üzvü Anton Krivotsyuku transfer etmək istəməsi haqda daha əvvəl xəbər vermişdik. Ağdam təmsilçisi müdafiəçini ən azından ilkin olaraq icarəyə götürməyi planlaşdırır.

Apasport.az saytına verilən məlumata görə, Antona görə “Qarabağ” Cənubi Koreya klubuna müraciət edib.

Amma ilkin danışıqlar müsbət yekunlaşmayıb. Bu isə maliyyə məsələsi ilə bağlıdır. 


Əldə etdiyimiz məlumata görə, Ağdam təmsilçisi millimizin üzvü üçün qarşı tərəfə ikinci təklifi irəli sürəcək.

Məlumata görə, "Qarabağ"ın məşqçilər korpusu Antonun keçidində israrlıdırlar. Bunun üçün qarşı tərəflə danışıqlar davam etdirilir.

writer photo
Əlirza Əlirzalı
0