“Qarabağ” Belçika klubuna qalib gəldi - YENİLƏNİB
16.02.2023 - 23:42
“Qarabağ” Belçika klubuna qalib gəldi - YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Konfrans Liqasının pley-offunda ilk oyununu keçirib.

Ağdam klubu Belçikanın “Xent” klubunu qəbul edib. Bu, “Qarabağ”ın pley-off səddini adlamaq üçün ikinci cəhdi olub. Ağdam təmsilçisi bu dəfə pley-offda qələbə qazanmağı bacarıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 23-də keçiriləcək.

Konfrans Liqası
Pley-off mərhələsi
İlk oyun
16 fevral
21:45. “Qarabağ” (Azərbaycan) – “Xent” (Belçika) - 1:0
Qol:
Andradi, 78
Qolla nəticələnməyən penalti: Ramil Şeydayev, 52

Baş hakim: Məhəmməd Əl-Hakim (İsveç)

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Juliu Romau, 8. Marko Yankoviç, 9. Musa Qurbanlı, 10. Abdellah Zübeyr, 13. Bəhlul Mustafazadə, 15. Leandru Andradi, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədəvi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyar oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Rişard Almeyda, 27. Toral Bayramov, 87. Adama Diakabi, 99. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

"Gent": 33. Deyvi Ruf, 2. Cozef Okumu, 5. Maykl Nqadeu-Nqadcui, 7. Honq Hyun-seok, 11. Huqo Kuypers, 13. Jülyen De Sart, 14.  Alesio Kastro-Mont, 20. Cift Orban, 23. Cordan Torunariqa, 24. Sven Kums, 31. Bruno Qodö

Ehtiyat oyunçular: 1. Pol Nardi, 10. Yens Peter Hoqe, 17. Endryu Yuseya, 19. Malik Fofana, 22. Suleyman Mare, 25. Nuriu Fortuna, 29. Loran Depuatr

Baş məşqçi: Hein Vanhazebruk

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

writer photo
Əlirza Əlirzalı
0