"Andrey Lunyovu heç yerə buraxmırıq"
29.12.2023 - 15:08
"Andrey Lunyovu heç yerə buraxmırıq"

“Qarabağ” klubu Andrey Lunyovun çıxışından razıdır.

Apasport.az xəbər verir ki, bu sözlər komandanın baş direktoru Asif Asgərova aiddir.

Klub rəsmisi  "Rubin" və "Rostov"un diqqət mərkəzində olan 32 yaşlı qolkiperin heç yerə getməyəcəyini bildirib: “Rubin” Lunyovla bağlı bizimlə əlaqə saxlamayıb. Andrey bizim əsas heyət üzvümüzdür. Onu buraxmağı planlaşdırmırıq”.

Qeyd edək ki, Almaniya “Bayer”indən Ağdam təmsilçisinə qoşulan Lunyovun “köhlən atlar”la anlaşması mövsümün sonuna kimi nəzərdə tutulub. 
 

writer photo
Əlirza Əlirzalı
0