“Qarabağ” – “Gent” oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq matçı isveçli ədalət təmsilçiləri idarə edəcək.
Fevralın 16-da keçiriləcək qarşılaşmanın baş hakimi Mohammed Al-Hakim olacaq. Ona Fredrik Klyver və Robin Vilde kömək edəcək.
Dördüncü hakim funkriyasını Bojan Pandzic yerinə yetirəcək. VAR hakimi polşalı Bartosz Frankovski, onun assistenti isə həmyerlisi Pavel Pskit olacaq. Qarşılaşmanın hakim-inspektoru Uno Tutk (Estoniya), UEFA nümayəndəsi isə Peadar Ryandır. (İrlandiya)
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.