"Qarabağ" - "Ludoqorets" matçına 23 min bilet satılıb
05.08.2024 - 22:38
"Qarabağ" - "Ludoqorets" matçına 23 min bilet satılıb

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ludoqorets" (Bolqarıstan) oyununa bilet satışı davam edir.

Apasport.az xəbər verir ki, matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Bu ana qədər 23 000 bilet satışı həyata keçirilib. 

Qeyd edək ki, görüş avqustun 6-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. 

writer photo
Əlirza Əlirzalı
0