"Qarabağ" "Ludoqorets"ə məğlub oldu - YENİLƏNİB
06.08.2024 - 21:58
"Qarabağ" "Ludoqorets"ə məğlub oldu - YENİLƏNİB

“Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb. 

Apasport.az xəbər verir ki, Ağdam klubu doğma azarkeşləri önündə “Ludoqorets”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda hesab 57-ci dəqiqədə açılıb. Cərimə zərbəsindən qapı önünə göndərilən asmaya D. Almeyda dəqiq baş zərbəsi endirib: 0:1.

Hesabda geri düşəndən sonra təzyiqi artıran "Qarabağ" çox keçmədən hesabı bərabərləşdirməyə müvəffəq olub. Juninyo 65-ci dəqiqədə topu tora qovuşdurub. 

Buna baxmayaraq, Bolqarıstan təmsilçisi matçın 87-ci dəqiqəsində yenidən önə keçməyi bacarıb. Qurulan əks-hücum zamanı Vidalın baş zərbəsindən sonra Buntiç qapısında ikinci topu görüb. 

Matçın qalan vaxtında "Qarabağ" hesabı bərabərləşdirmək üçün böyük qüvvəylə irəli atılsa da, bu cəhdlər heç bir nəticə verməyib. 

Beləliklə, təmsilçimiz Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçını məğlub başa vurub: 1:2.

Qeyd edək ki, komandalar arasındakı cavab görüşü avqustun 13-də Bolqarıstanda baş tutacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun

6 avqust

20:00. "Qarabağ" – "Ludoqorets" (Bolqarıstan) 1:2

Qol: D. Almeyda, 57, Juninyo, 65, Vidal,87

"Qarabağ": 97. F. Buntiç, 29. M. Veşoviç, 13. B. Mustafazadə, 81. K. Medina, 27. T. Bayramov, 6. J. Romao, 8. M. Yankoviç, 15. L. Andrade, 7. Y. Benzia, 10. A. Zubir, 18. Juninyo

Ehtiyat oyunçular: 12. S. Məmmədzadə, 2. M. Silva, 30. A. Hüseynov, 44. E. Cəfərquliyev, 55. B. Hüseynov, 17. H. Keyta, 20. R. Almeyda, 24. A. İsayev, 66. P. Andrade, 90. N. Axundzadə, 19. R. Çiça

Baş məşqçi: Qurban Qurbanov

"Ludoqorets": 39. H. Bonmann, 17. Son, 4. D. Almeyda, 24. O, Verdon, 3. A. Nedyalkov, 6. Y. Piotrovski, 23. D. Duarte, 30. P. Naressi, 37. B. Tekpetey, 9. K. Duah, 11. K. Vidal

Ehtiyat oyunçular: 1. S. Padt, 67. D. Xristov, 14. D. Qropper, 15. E. Kurtuluş, 16. A. Fonn Vitri, 7. Rik, 8. T. Nedelev, 18. İ. Çoçev, 82. İ. Yordanov, 90. S. Delev, 10. M. Tissera, 12. R. Kruz

Baş məşqçi: Georgi Dermençiyev 
 

Baş hakim: Urs Şinder (İsveçrə)
Tofiq Bəhramov adına Respublika stadionu

writer photo
Əlirza Əlirzalı
0