“Bavariya” hücumçusu ilə danışıqlara başlayır
05.12.2023 - 13:38
“Bavariya” hücumçusu ilə danışıqlara başlayır

“Bavariya” futbolçusu Erik-Maksim Şupo-Motinqlə müqaviləni uzadacaq.

Apasport.az xəbər verir ki, Almaniya klubu hücumçu ilə danışıqlara başlamağı planlaşdırır.

Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. Erik-Maksimin özü də Münhendə qalmaq niyyətindədir.

34 yaşlı kamerunlu Səudiyyə Ərəbistanından da bir neçə təklif alıb. Lakin forvard klubunu dəyişməkdə maraqlı deyil.

Qeyd edək ki, Şupo-Motinq mövsümün 16 matçında 3 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0