Santuşun müqavilə detalları açıqlandı
13.06.2024 - 12:53
Santuşun müqavilə detalları açıqlandı

AFFA ilə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş arasında imzalanan müqavilənin müddəti bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, 70 yaşlı çalışdırıcı ilə 3+1 illik müqavilə imzalanıb. 

Təzminat və maddi məsələlər isə açıqlanmayıb. 

Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

writer photo
Əlirza Əlirzalı
0