“Qarabağ” mövqeyini qorudu – dünya reytinqi
10.04.2023 - 10:21
“Qarabağ” mövqeyini qorudu – dünya reytinqi

Klubların dünya reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS-in cədvəlinə planetin 306 komandası daxil edilib.

Azərbaycan siyahıda yalnız bir komanda ilə təmsil olunub. Misli Premyer Liqasının lideri “Qarabağ” 149 xalla 62-cıdır. Qurban Qurbanovun yetirmələri ötən ay tutduğu mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 327 xala malik “Flamenqo” başçılıq edir. “Real” 298 xalla ikinci, “Mançester Siti” 254 xalla üçüncüdür.

writer photo
Əlirza Əlirzalı
0