“Qarabağ” – “Neftçi” oyununun qiyməti açıqlandı
16.05.2022 - 18:00
“Qarabağ” – “Neftçi” oyununun qiyməti açıqlandı

Azərbaycan Premyer Liqasının sonuncu – XXVIII turunda keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşmasının biletləri satışa çıxarılıb. 

Apasport.az saytının məlumatına görə, "Azersun Arena"dakı matçın biletlərinin qiyməti sektorlara uyğun olaraq dəyişir. 

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat təşkil edir. VİP bilet almaq istəyənlər 20 manat ödəməlidir. 

Azərbaycan derbisinin biletlərini “İticket.az”dan və “Park Bulvar”da yerləşən "Qarabağ" Fan-Şopundan almaq mümkündür. Oyun günü isə biletlər yalnız "Azersun Arena"da satılacaq. Stadionun qapıları azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu mayın 21-də keçiriləcək. Matç saat 19:30-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0