“Qarabağ” “Neftçi”nin rekorduna şərik çıxdı
02.10.2023 - 12:36
“Qarabağ” “Neftçi”nin rekorduna şərik çıxdı

“Qarabağ” Misli Premyer Liqasının VIII turunda “Sumqayıt”a 5:0 hesabı ilə qalib gəlib. 

Apasport.az saytının məlumatına görə, bu, Ağdam klubunun Azərbaycan çempionatlarında 138-ci böyükhesablı qələbəsi olub.

Bölgə təmsilçisi bu göstəricidə rekordçu olan “Neftçi”yə çatıb. Bakılılar da eyni sayda matçda böyük hesaba sevinib.

“Qarabağ” həm də öz meydanında belə qazanılan qələbələrin sayında “Neftçi”yə çatıb. Hər iki komanda evdə 89 dəfə üç və ya daha çox top fərqilə qalib gəlib.

Qeyd edək ki, ağdamlılar ölkə çempionatlarında ilk böyükhesablı qələbəsini 1992-ci il mayın 6-da Kürdəmir “Şirvan”ı ilə qarşılaşmada əldə edib – 6:0.

writer photo
Əlirza Əlirzalı
0