“Qarabağ” “Qəbələ”yə qalib gəldi – YENİLƏNİB
13.12.2022 - 20:56
“Qarabağ” “Qəbələ”yə qalib gəldi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XVII tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə 2 matç baş tutub.

Şamaxıda eyniadlı komanda “Zirə” ilə üz-üzə gəlib. Son 4 matçında uduzmayan Vüqar Əsgərlinin yetirmələri uğurlu seriyanı davam etdirib və matç qolsuz başa çatıb.

Günə “Qarabağ” və “Qəbələ” arasında qarşılaşma ilə yekun vurulub. 5 gün əvvəl kubokda üz-üzə gələn rəqiblər cavab görüşü öncəsi Premyer Liqada da qarşılaşıb. Məğlubiyyətsiz irəliləyən Qurban Qurbanovun komandası kubokda bu meydanda heç-heçə etdiyi rəqibini bu dəfə məğlub edib. Qol sayəsində Ramil Şeydayev bombardirlər cədvəlində rəqibləri ilə fərqi bir qədər də artırıb.

Qeyd edək ki, tura dekabrın 15-də yekun vurulacaq.

Misli Premyer Liqası
XVII tur
13 dekabr (çərşənbə axşamı)
14:00. “Şamaxı” – “Zirə” - 0:0
Baş hakim:
Elçin Məsiyev
“Şamaxı”: 1. Rəşad Əzizli, 55. Adil Nağıyev (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 79. Emil Qasımov
Baş məşqçi: Vüqar Əsgərli
“Zirə”: 1. Mehdi Cənnətov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 9. Loris Bronyo, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dimitrios Xantakias, 5. Moiz Adileu
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsahib Abbasov, 19. Təmkin Xəlilzadə, 2. Sərtan Taşkın, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 47. Məhəmməd Hamdaui, 26. Nemanya Ancelkoviç, 17. Toni Qomes
Baş məşqçi: Rəşad Sadıqov
Şamaxı şəhər stadionu

19:00. “Qarabağ” – “Qəbələ” - 1:0
Baş hakim:
Kamranbəy Rəhimov
Qol: Ramil Şeydayev, 68 (penalti)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 7. Rişard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədəvi Hüseynov, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zübeyr, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 10. Ömər Ruhani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 8. Andrey Strıjak
Baş məşqçi: Elmar Baxşıyev
“Azersun Arena”

1

Qarabağ

17

15

2

0

45-8

47

2

Sabah

16

12

3

1

32-11

39

3

Neftçi

16

10

2

4

31-19

32

4

Zirə

17

8

3

6

18-22

27

5

Qəbələ

17

7

3

7

20-18

24

6

Turan Tovuz

16

4

4

8

11-21

16

7

Şamaxı

17

2

7

8

14-25

13

8

Səbail

16

2

4

10

13-25

10

9

Kəpəz

16

2

4

10

12-31

10

10

Sumqayıt

16

1

6

9

8-24

9

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") – 13 qol, Musa Qurbanlı ("Qarabağ") – 11 qol, Emin Mahmudov ("Neftçi") – 9 qol
 

writer photo
Əlirza Əlirzalı
0