Manenin “Bavariya” ilə müqavilə bağlayacağı gün bilindi
18.06.2022 - 15:07
Manenin “Bavariya” ilə müqavilə bağlayacağı gün bilindi

“Liverpul”un hücumçusu Sadio Manenin “Bavariya”ya transferi, nəhayət ki, rəsmiləşir.

Apasport.az saytının məlumatına görə, Seneqal millisinin üzvü iyunun 21-də Münhen klubunda tibbi müayinədən keçəcək.

Bunun üçün Almaniyaya yollanacaq 30 yaşlı forvard tibbi müayinənin ardından yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. Bu keçid ingilislərə 35 milyon avro qazandıracaq. “Liverpul” əlavə 5 milyon bonus da əldə edə bilər. Mane özü isə Bundesliqa çempionu ilə 3 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən “Liverpul”da çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0